​İbrahim Nehrəmlinin şirkəti məhkəmə qərarından apellyasiya şikayəti verib

​İbrahim Nehrəmlinin şirkəti məhkəmə qərarından apellyasiya şikayəti verib Proses fevralın 8-nə təyin edilib
Hadisə
6 Fevral , 2016 17:54
​İbrahim Nehrəmlinin şirkəti məhkəmə qərarından apellyasiya şikayəti verib

Bakı. 6 fevral. REPORT.AZ/ “Avesta Konserni” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarından apellyasiya şikayəti verib.

“Report” xəbər verir ki, “Holcim” (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinə (ASC) qarşı apellyasiya şikayətinə fevralın 8-də Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, ötən il “Holcim” (Azərbaycan) ASC “Avesta Konserni” MMC-ni məhkəməyə verib. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən ASC pul barədə tələb irəli sürüb. Məhkəmə iddianı təmin edib. Qərardan narazı qalan MMC apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Xatırladaq ki, “Avesta Konserni”nin sahibi Hacı İbrahim Nehrəmlidir. O, ötən il oktyabr ayının 23-də “Report”a açıqlamasında “Holcim” (Azərbaycan) şirkəti ilə rəhbəri olduğu konsern arasında təxminən 15 min manatlıq pul mübahisəsi olduğunu deyib.

Qeyd edək ki, tərkibinə bir neçə şirkət daxil olan “Avesta Konserni” çoxmərtəbəli yaşayış binalarının və digər obyektlərin tikintisi ilə məşğul olur.

“Holcim” (Azərbaycan) ASC isə dünyanın aparıcı sement təchizatçılarından olan “Holcim Qrup”unun bir hissəsi olaraq ölkədə klinker və sement istehsal edən qabaqcıl müəssisələrdən sayılır. 

Son xəbərlər

Orphus sistemi