Həbsdəki ərinə telefon ötürmək istəyən qadın tutulub

Həbsdəki ərinə telefon ötürmək istəyən qadın tutulub O, gətirdiyi əşyaları əl çantasında gizlədərək ərinə verməyə cəhd edib
Hadisə
2 Sentyabr , 2014 10:24
Həbsdəki ərinə telefon ötürmək istəyən qadın tutulub

Bakı. 2 sentyabr.REPORT.AZ/ Şəki Penitensiar müəssisəsinə telefon keçirmək cəhdinin qarşısı alınıb. Ədliyyə Nazirliyinin Penitensiar xidmətdən Report-a verilən məlumata görə, Şəki Penitensiar müəssisəsində saxlanılan, Cinayət Məcəlləsinin 234.2 və 237.2.1 maddələrinə əsasən həbs edilən şəxs Uğruyev İbrahim Süleyman oğlunun yanına qısamüddətli görüşə gələn həyat yoldaşı, Zaqatala rayonu, Danaçı kənd sakini vətəndaş Uğruyeva Nərminə Şaban qızının görüş otağında üzərinə və əşyalarına baxış keçirilib. Həyata keçirilən axtarış-baxış tədbirləri zamanı qadının əl çantasının içərisində gizlədilmiş daxilində  danışıq kartı olan bir ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi