Hövsandakı kütləvi davanın iştirakçılarından biri tutulub

Hövsandakı kütləvi davanın iştirakçılarından biri tutulub Saxlanılan şəxs istintaqa təqdim olunub
Hadisə
11 Sentyabr , 2014 14:20
Hövsandakı kütləvi davanın iştirakçılarından biri tutulub

Bakı. 11 sentyabr. REPORT.AZ/ Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsində baş verən kütləvi davada iştirak edən bir nəfər saxlanılıb. Bu barədə Report-a Suraxanı Rayon Polis İdarəsindən (RPİ) məlumat verilib. Suraxanı RPİ 30-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Pavel Pimenov tutularaq istintaqa təqdim olunub.

Xatırladaq ki, sentyabrın 9-da  Hövsan qəsəbəsinin İlqar Əhlimanov küçəsində kütləvi dava baş verib. Təxminən 7 nəfərin iştirak etdiyi davada bıçaqdan da istifadə edilib. Hadisə nəticəsində iki nəfər yaralanıb. 

Son xəbərlər

Orphus sistemi