Yuxarı
    Bağlamaq

    ​“Hyatt Regency” hotelində arvad ərini döyüb

    Böyük Britaniya vətəndaşı xəsarət alıb

    Bakı. 27 fevral. REPORT.AZ/ Bakıda xarici ölkə vətəndaşı arvadı tərəfindən döyülüb.

    “Report”un xəbərinə görə, Böyük Britaniya vətəndaşı, 1971-ci il təvəllüdlü Alan Vilson Aleksandr Spenser polisə ərizə ilə müraciət edərək arvadı tərəfindən döyüldüyünü bildirib.

    Britaniya vətəndaşı ərizəsində qeyd edib ki, müvəqqəti yaşadığı İzmir küçəsi 1033-də yerləşən “Hyatt Regency” mehmanxanasında arvadı, Bakı şəhər sakini 1986-cı il təvəllüdlü Alisa Dmitriyevna Dyumina onu döyərək xəsarət yetirib.

    Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin (RPİ) 27-ci Polis Bölməsində (PB) araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi