Yuxarı
    Bağlamaq

    Hüquq-mühafizə orqanları Rusiya ilə sərhəd rayonlarında genişmiqyaslı əməliyyatlar keçirir - FOTO

    Sərhəd Sipər əməliyyatları başlayıb

    Bakı. 18 may. REPORT.AZ/ Azərbaycanın hüquq-mühafizə orqanları Rusiya ilə sərhəd rayonlarında genişmiqyaslı əməliyyatlara başlayıb. "Report" xəbər verir ki, şimal-qərb rayonlarında "Sərhəd Sipər" əməliyyatları aparılır. 

    Qax rayonunda da "Sərhəd Sipər" əməliyyatlar keçirilir. Rayonun giriş və çıxışlarında postlar qurulub. Yoxlamalar 24 saat davam etdirilir. Gün ərzində Qaxa daxil olan və şəhərdən çıxan avtomobillərdə axtarışlar aparılır. 

    Qeyd edək "Sərhəd Sipər" əməliyyatları Azərbaycan və Rusiya tərəfinin birgə əldə etdiyi razılaşmaya əsasən keçirilir. Əməliyyatın keçirilməsində əsas məqsəd hər iki dövlətin sərhədyanı ərazilərində transmilli mütəşəkkil cinayətkarlığa, qanunsuz miqrasiyaya, narkotiklərin, qanunsuz silah-sursatın dövriyyəsinə qarşı mübarizə aparmaqdır.

    4 gün davam edəcək əməliyyatlar Qaxla yanaşı Şəki, Zaqatala və Balakən rayonlarını da əhatə edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi