​Hüquq mühafizə orqanları avtobusda baş vermiş qətllə bağlı rəsmi məlumat yayıb

​Hüquq mühafizə orqanları avtobusda baş vermiş qətllə bağlı rəsmi məlumat yayıb Qətli törədən şəxs könüllü rayon Polis İdarəsinə könüllü gəlib
Hadisə
10 Aprel , 2015 13:08
​Hüquq mühafizə orqanları avtobusda baş vermiş qətllə bağlı rəsmi məlumat yayıb

Bakı. 10 aprel. REPORT.AZ/ Bakı şəhər Baş Polis idarəsi və şəhər prokurorluğu avtobusda baş verən qətl hadisəsi ilə bağlı rəsmi məlumat yayıb. “Report”un xəbərinə görə, məlumatda bildirilib ki, aprelin 8-də saat 20:50-də paytaxtın Yasamal rayonu ərazisində 135 saylı şərnişin avtobusunda 1962-ci il təvəllüdlü Namik Məmmədov aralarında baş vermiş münaqişə zəminində arvadı, 1966-cı il təvəllüdlü Fatma Şəmiyevanın bədəninin müxtəlif nahiyələrinə üstündə gəzdirdiyi bıçaqla vurub hadisə yerindən qaçması və sonuncunun aldığı xəsarətlərdən xəstəxanada ölməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam ödürmə) maddəsi ilə cinayət işi başlanıb.

N.Məmmədov rayon Polis İdarəsinə könüllü gələrək törətdiyi cinayət əməlini etiraf edib və o, cinayətin törədilməsində şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir. 

Son xəbərlər

Orphus sistemi