Hövsanda qalmaqal baş verən məktəbin direktoru vəzifəsindən kənarlaşdırılıb

Hövsanda qalmaqal baş verən məktəbin direktoru vəzifəsindən kənarlaşdırılıb Məsələ bilavasitə Təhsil Nazirliyi rəhbərliyinin nəzarəti altındadır
Hadisə
19 Yanvar , 2015 14:11
Hövsanda qalmaqal baş verən məktəbin direktoru vəzifəsindən kənarlaşdırılıb

Bakı. 19 yanvar. REPORT.AZ/ Bakı Şəhəri üzrə Təhsil İdarəsi Hövsan qəsəbəsindəki 118 saylı tam orta məktəbin ətrafında baş verən hadisə ilə əlaqədar açıqlama yayıb.

BŞTİ-dən “Report”a bildirilib ki, hazırda idarə əməkdaşları sözügedən məktəbdədir: “Məsələ tam araşdırılana qədər məktəbin direktoru Qardaşxan Səlimov vəzifəsinin icrasından kənarlaşdırılıb. Məktəbin idarəolunması Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşına həvalə olunub”.

Qeyd edək ki, məsələ bilavasitə Təhsil Nazirliyi rəhbərliyinin nəzarəti altındadır.

118 saylı tam orta məktəbin ətrafında baş verən hadisə zamanı dünyasını dəyişən Elmar Əliyevin ölümünün səbəbi müvafiq hüquq-mühafizə orqanları tərəfindən araşdırılır və bununla bağlı əlavə məlumat veriləcək.

İdarə dünyasını dəyişən Elmar Əliyevin ailəsinə dərin hüznlə başsağlığı verib.

Son xəbərlər

Orphus sistemi