Hazırda Suraxanı RPİ və 30-cu Polis Bölməsinin əməkdaşları B.Rzayevi bıçaqlayan şəxsin axtarışlarını davam etdirir.
Hövsanda gənc oğlan bıçaqlanıb
Hadisə
307
3 Noyabr , 2014
09:54


Bakı. 3 noyabr. REPORT.AZ/ Bakının Suraxanı rayonunda gənc oğlan bıçaqlanıb. Bu barədə "Report"a Suraxanı Rayon Polis İdarəsindən (RPİ) məlumat verilib. Rayonun Hövsan qəsəbəsində baş verən hadisədə 1987-ci il təvəllüdlü Rzayev Bilal Camal oğluna naməlum şəraitdə bıçaq xəsarətləri yetirilib. Yaralı ağır vəziyyətdə 3 Saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Polislər hələ xəstəxananın reanimasiya şöbəsində olan zərərçəkənin izahatını ala bilməyiblər.
Son xəbərlər
