Hövsanda dənizə yaxın açıq ərazidəki yanğın söndürülüb - YENİLƏNİB

Hövsanda dənizə yaxın açıq ərazidəki yanğın söndürülüb - YENİLƏNİB Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində dənizə yaxın açıq ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.
Hadisə
14 avqust 2023 12:33
Hövsanda dənizə yaxın açıq ərazidəki yanğın söndürülüb - YENİLƏNİB

Paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsində dənizə yaxın açıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə “Report”a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

15.51

Paytaxtın Hövsan qəsəbəsində dənizə yaxın açıq ərazi yanır.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində dənizə yaxın açıq ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi