Hövsanda avtomobil hasara çırpılıb, 17 yaşlı qız yaralanıb

Hövsanda avtomobil hasara çırpılıb, 17 yaşlı qız yaralanıb Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
137
14 Fevral , 2021 02:18
Hövsanda avtomobil hasara çırpılıb, 17 yaşlı qız yaralanıb

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Suraxanı rayonunun Hövsan qəsəbəsində qeydə alınıb.

İdarəetməni itirərək hasara çırpılan avtomobildə olan sərnişin, 2004-cü il təvəllüdlü Məmmədzadə Məsumə Allahverən qızı ağır bədən xəsarətləri alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması, baş beyin əziyi və alın sümüklərinin sınıqları diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Son xəbərlər

Orphus sistemi