Bakı. 8 fevral. REPORT.AZ/ Hövsan sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Daxili İşlər Nazirliyindən "Report"a verilən xəbərə görə, hadisə fevralın 3-də baş verib.
Məlumata görə, fevralın 3-də Suraxanı rayonunun Hövsan qəsəbəsində yaşayan Telman Mustafayev evinin damında təmir işləri apararkən yıxılaraq xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib və fevralın 7-də orada ölüb.
Faktla bağlı araşdırma aparılır.