Hollandiyanın baş naziri Trampa 1944-cü ildə Normandiyada ABŞ-ın yüksəltdiyi bayrağı verəcək

Hollandiyanın baş naziri Trampa 1944-cü ildə Normandiyada ABŞ-ın yüksəltdiyi bayrağı verəcək Niderlandın baş naziri Mark Rutte iyulun 18-də Vaşinqtonda ABŞ prezidenti Donald Trump ilə görüşəcək. O, 1944-cü ildə ABŞ ordusunun Normandiyada yüksətdiyi bayrağı verəcək.
Hadisə
12 İyul , 2019 04:44
Hollandiyanın baş naziri Trampa 1944-cü ildə Normandiyada ABŞ-ın yüksəltdiyi bayrağı verəcək

Niderlandın baş naziri Mark Rutte iyulun 18-də Vaşinqtonda ABŞ prezidenti Donald Trump ilə görüşəcək. O, 1944-cü ildə ABŞ ordusunun Normandiyada yüksətdiyi bayrağı verəcək. 

"Report" xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. 

Bundan əlavə səfər zamanı tərəflər iqtisadi və təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi yollarını müzakirə edəcəklər.

Qeyd edildiyi kimi, bayraq ABŞ-ın milli muzeyi, dünyanın isə ən böyük muzeyi və tədqiqat mərkəzlərindən biri olan Smitsonian İnstitutunda nümayiş olunacaq.

Son xəbərlər

Orphus sistemi