Hökməli bələdiyyəsinin işçisi cəzalandırıldı

Hökməli bələdiyyəsinin işçisi cəzalandırıldı Polis orqanları tərəfindən sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir
Hadisə
297
7 May , 2021 12:05
Hökməli bələdiyyəsinin işçisi cəzalandırıldı
0 : 00
0 : 00

Polis orqanları tərəfindən sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Mayın 5-də Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 28 May qəsəbəsində keçirilən belə tədbir zamanı E.Müslümov küçəsində sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması faktı aşkar edilib.

İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) tələblərini pozduğuna görə Hökməli bələdiyyəsinin işçisi X.Eyvazov barəsində protokol tərtib edilərək inzibati tənbeh tədbiri tətbiq olunub.

Həmçinin qısa müddətdə həmin ərazinin təmizlənməsi təmin edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Son xəbərlər

Orphus sistemi