Hirkan Milli Parkında yanğının söndürülməsinə təyyarə cəlb edildi

Hirkan Milli Parkında yanğının söndürülməsinə təyyarə cəlb edildi Hirkan Milli Parkında (Astara rayonu ərazisi) yanğın davam edir.
Hadisə
701
15 Yanvar , 2021 10:47
Hirkan Milli Parkında yanğının söndürülməsinə təyyarə cəlb edildi

Hirkan Milli Parkında (Astara rayonu ərazisi) yanğın davam edir.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, yüksək dağlıq və çətin relyefi olan meşə sahəsində davam edən yanğının söndürülməsi küləyin güclənməsi səbəbindən bir qədər də çətinləşib. Yanğının söndürülməsi və geniş əraziyə yayılmasının qarşısını almaq məqsədi ilə FHN-dən əlavə qüvvələr cəlb olunub.

Hazırda Cənub Regional Mərkəzinin, Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının əməkdaşları mürəkkəb relyef şəraitində (yanğının söndürülməsində əsasən əl əməyindən istifadə olunur) yanğınsöndürmə işlərini həyata keçirirlər.

Bu gün səhər saatlarından etibarən FHN-nin Aviasiya dəstəsinin "BE-200ÇS" amfibiya təyyarəsi yanğının söndürülməsinə cəlb olunub.

Əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi