Bakı. 20 yanvar. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova "Report"a açıqlamasında deyib ki, yanğın hadisəsi Hirkan Milli Parkının ərazisində olmayıb: "Yanğın Hirkan qəsəbəsinin bələdiyyə torpaqlarında olub və parkın ərazisinə keçməsinin qarşısı nazirliyin əməkdaşları tərəfindən alınıb".
*** 11:46
Bakı. 20 yanvar. REPORT.AZ/ Hirkan Milli Parkında yanğın hadisəsi baş verib. "Report"un məlumatına görə, yanğın Hirkan Milli Parkı Lənkəran rayonu ərazisinin Türkəncil və Lerik rayonunun "40-cı km" adlanan ərazisində olub.
Hadisə yerinə Lerik və Lənkəran Rayon Yanğından Mühafizə Xidmətinin (RYMX) 6 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
Lənkəran RYMX-dən "Report"a bildirilib ki, meşə massivindən kənarda yerləşən kol-koslar yanıb. Lakin kənd sakinləri yanğının daha geniş sahəni əhatə etdiyini və parkın ərazisində baş verdiyini deyiblər.
Yanğının hansı səbəbdən baş verdiyi bilinmir.