Hindistanda koronavirusa yoluxanların sayı 14 352 nəfərə çatıb.
“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə və Ailə Rifahı Nazirliyi açıqlayıb.
Bildirilib ki, ötən sutka ərzində ölkədə 991 nəfərə koronavirus diaqnozu qoyulub.
Bundan başqa, Cənubi Asiya ölkəsində COVID-19-dan ölənlərin sayı daha 43 nəfər artaraq 480-ə yüksəlib.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 251 000-i ötüb. Bunların 571 359 nəfəri sağalıb, 154 278 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.