Hindistanda Azərbaycana işçi vizası vəd edən dələduz həbs olunub

Hindistanda Azərbaycana işçi vizası vəd edən dələduz həbs olunub Cahanabad şəhər sakını Hindistanın 4 vətəndaşından Bakıda işə düzəltmək üçün 6,13 min dollar alıb
Hadisə
30 Mart , 2018 10:40
Hindistanda Azərbaycana işçi vizası vəd edən dələduz həbs olunub

Bakı. 30 mart. REPORT.AZ/ Hindistan polisi pul mənimsəməkdə və dələduzluqda şübhəli bilinən Bihar ştatının Cahanabad şəhər sakınıni həbs edib. 

"Report"un "The Hindu" qəzetinə istinadən verdiyi məlumata görə, 4 nəfərin şikayətinə əsasən saxlanılan şəxs onları aldadaraq Azərbaycanda işləmək üçün işçi vizasının hazırlanması adı ilə onlardan ümumilikdə 6,13 min ABŞ dolları alıb.

Şikayətlər polisə bu il martın 2-də daxil olub. Məhəmməd Əkbər Əli Xan adlı sakin deyib ki, Radjeş Kumar təxəllüsü olan Sudhir Kumar Sinqh adlı şəxs ona işçi vizası vəd edərək pulunu alıb, lakin sözünə əməl etməyib.

Bildirilir ki, Məhəmməd Əkbər Əli Xan internetdə iş axtararaq Sudhir Kumar Sinqhin Azərbaycanda iş vəd edən reklamına rast gəlib. Söhbət zamanı şübhəli şəxs özünü Azərbaycanın paytaxtı Bakıda yerləşən özəl şirkətinin rəhbəri kimi təqdim edib. Məhəmməd Əkbər Əli Xan və digər üç nəfər ona 400 min rupi (6,13 min dollar) verib. Dələduz həftə ərzində onlara Bakıda iş vəd edib, lakin sonra onların zənglərinə cavab verməyib.

Bundan sonra aldanmış şəxslər polisə şikayət yazıblar.

Son xəbərlər

Orphus sistemi