Abşeronda daş karxanalarından oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb - FOTO

Abşeronda daş karxanalarından oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb - FOTO Abşeron. 27 yanvar. REPORT.AZ/ Güzdək qəsəbəsindəki daş karxanalarından kabel və mis oğurlanıb
Hadisə
27 Yanvar , 2019 18:13
Abşeronda daş karxanalarından oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb - FOTO
Foto: "Report"

Abşeron. 27 yanvar. REPORT.AZ/ Güzdək qəsəbəsindəki daş karxanalarından kabel və mis oğurlanıb

"Report"un Sumqayıt-Abşeron bürosu xəbər verir ki, bu barədə Abşeron Rayon Polis İdarəsinə məlumat daxil olub. 

Dərhal əməliyyat-istintaq qrupu axtarışlara başlayıb. Araşdırma zamanı hadisəni törədən şəxsin əvvəllər həmin karxanalarda çalışmış 35 yaşlı Hidayət Alıyev olduğu məlum olub. Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Hidayət Alıyev Abşeron rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, Hidayət Alıyev əvvəllər də eyni əmələ görə iki dəfə məhkumluq həyatı yaşayıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Daha əvvəl Abşeronda maşınları qarət edən gənc saxlanılıb.

Son xəbərlər

Orphus sistemi