Bakı. 20 noyabr. REPORT.AZ/ Bu ilin 9 ayında narkotiklərlə əlaqədar cinayətlər törətmiş 67 nəfərdən ibarət 28 cinayətkar qrup zərərsizləşdirilib, 117,5 kiloqram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb.
"Report"un məlumatına görə, bu barədə Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov noyabrın 20-də
Onun sözlərinə görə, qanunsuz dövriyyədən 960 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə, habelə 3 kiloqramdan çox sintetik tərkibli psixoaktiv maddələr çıxarılıb. Narkotik tərkibli bitkilərin qanunsuz kultivasiyasının və yabanı halda yayılmasının profilaktikası sahəsində həyata keçirilmiş tədbirlərlə 132 ton çətənə və xaş-xaş kolu aşkarlanaraq məhv edilib.