Zaqatalada həyətyanı sahəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda təqsirləndirilən Hüseyn Ramazanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
"Report" xəbər verir ki, cinayət işi baxılması üçün Şəki
Hakim Rəşad Əliyevin icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.
Qeyd edək ki, Zaqatala rayonu Aşağı Tala kənd sakini, əvvəllər məhkum olunmuş H.Ramazanov bu ilin iyun ayında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsi və Zaqatala Rayon Polis Şöbəsi keçridiyi əməliyyat nəticəsində saxlanılıb.
Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman oradakı istixanadan 335 ədəd narkotik bitki hesab edilən çətənə kolları və 117 ədəd çətənə bitkilərinin şitilləri aşkar olunaraq maddi sübut kimi götürülüb.
Ona Cinayət Məcəlləsinin 237.2.3-cü (Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə - külli miqdarda törədildikdə) maddəsi ilə ittiham verilib.