Həyətində yüzdən artıq qonağın iştirakı ilə toy təşkil edən şəxs cərimələnib

Həyətində yüzdən artıq qonağın iştirakı ilə toy təşkil edən şəxs cərimələnib Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən pandemiya dövrünün tələblərinə riayət edilməsi məqsədilə keçirilən tədbirlər zamanı fərdi evdə təşkil edilən toy mərasimində karantin rejimlərinin pozulması halları aşkarlanıb.
Hadisə
13 Avqust , 2021 12:25
Həyətində yüzdən artıq qonağın iştirakı ilə toy təşkil edən şəxs cərimələnib

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən pandemiya dövrünün tələblərinə riayət edilməsi məqsədilə keçirilən tədbirlər zamanı fərdi evdə təşkil edilən toy mərasimində karantin rejimlərinin pozulması halları aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, aparılan yoxlamalar zamanı rayonun İtitala kənd sakini Hacı Babayevə məxsus evin həyətində keçirilən toy mərasimində 100 nəfərdən artıq qonağın iştirak etdiyi müəyyən edilib.

Sanitar-karantin qaydalarını pozan toy sahibi inzibati məsuliyyətə cəlb edilərək cərimələnib.

Son xəbərlər

Orphus sistemi