Heydər Əliyevin xatirəsi Batumidə ehtiramla anılıb

Heydər Əliyevin xatirəsi Batumidə ehtiramla anılıb Tədbirdə Heydər Əliyevin ömür yolundan bəhs edən sənədli film nümayiş etdirilib
Hadisə
12 Dekabr , 2016 22:06
Heydər Əliyevin xatirəsi Batumidə ehtiramla anılıb

Batumi. 12 dekabr. REPORT.AZ/ Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsi Batumidə ehtiramla yad olunub.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, dekabrın 12-də Azərbaycan Respublikasının Batumi şəhərindəki Baş konsulluğu Heydər Əliyevin xatirə gününə həsr edilmiş tədbir keçirib.

Əvvəlcə ulu öndərin xatirəsini bir dəqiqəlik sükutla yad olunub.

Baş konsul Rəşad İsmayılov tədbiri açaraq Heydər Əliyev şəxsiyyətinin miqyasını və unikallığını, Azərbaycanın təşəkkülünə və inkişafına verdiyi böyük töhfəni, onun dünya miqyasındakı nüfuzunu, ölkənin milli mənafelərinin qorunmasında məqsədyönlü mövqeyini, yüksək insani keyfiyyətlərini qeyd edib. Bildirib ki, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri əvəzsizdir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqın tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev dövlətimizin parçalanmasının qarşısını alıb, ölkəmizdə vətəndaş birliyini dünyaya nümayiş etdirib.

Baş konsul, həmçinin, ümummilli liderin cismən aramızda olmadığı son 13 ildə onun ən layiqli davamçısı Prezident İlham Əliyevin yürütdüyü qətiyyətli siyasət sayəsində Azərbaycan dövlətçiliyinin daha da gücləndiyini, xalqımızın inanılmaz tərəqqiyə şahid olduğunu və Azərbaycanın malik olduğu geosiyasi qüdrətin real gücə arxalandığını qeyd edib.

Tədbirdə Acarıstan Muxtar Respublikası Hökumətinin sədri Zurab Pataradze, muxtar respublikanın səhiyyə və əhalinin sosial müdafiəsi naziri Levan Gorgiladze, digər dövlət və hökumət rəsmiləri, Türkiyə Respublikasının baş konsulu Yasin Temizkan, Batumi Dövlət Universitetinin rektoru Merabi Xalvaşı, “Ajara PS” televiziyasının rəhbəri Jemal Meqrelidze, “SOCAR-Georgia” şirkətinin əməkdaşları, ziyalılar və Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Zurab Pataradze cıxış edərək əfsanəvi şəxsiyyət Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətlərindən danışıb.

Sonda ümummilli lider Heydər Əliyevin ömür yolundan bəhs edən sənədli film nümayiş etdirilib.

Son xəbərlər

Orphus sistemi