Heydər Əliyev prospektində yolu keçmək istəyən piyadanı avtomobil vurdu

Heydər Əliyev prospektində yolu keçmək istəyən piyadanı avtomobil vurdu Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
170
1 İyun , 2021 00:34
Heydər Əliyev prospektində yolu keçmək istəyən piyadanı avtomobil vurdu

Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

“Report” xəbər verir ki, hadisə paytaxtın Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, 1976-cı il təvəllüdlü Hüseynov Elçin Oktay oğlu Heydər Əliyev prospektində yolu keçmək istəyən zaman onu minik avtomobili vurub.

Yaralı xəstəxanaya çatdırılıb, ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

İlqar Abdullayev

Son xəbərlər

Orphus sistemi