Heydər Əliyev prospektində yaşlı kişini avtomobil vuraraq öldürüb

Heydər Əliyev prospektində yaşlı kişini avtomobil vuraraq öldürüb Hadisə kişi piyadalar üçün nəzərdə tutulmayan yerdə yolu keçərkən baş verib
Hadisə
28 Fevral , 2018 04:54
Heydər Əliyev prospektində yaşlı kişini avtomobil vuraraq öldürüb
Report

Bakı. 28 fevral. REPORT.AZ/ Bakının Heydər Əliyev prospektinin Nərimanov rayonu ərazisinə düşən hissəsində bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

"Report"un xəbərinə görə, 1961-ci il təvəllüdlü Məmmədov Sədrəddin Hacıağa oğlu metronun Koroğlu stansiyasının yaxınlığında piyadalar üçün müəyyən edilməmiş yerdən keçərkən, onu "Volkswagen Passat" markalı avtomobil vurub.

Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilsə də, həkimlərin səyinə baxmayaraq S.Məmmədov dünyasını dəyişib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Hadisəni törədən sürücü saxlanılıb.

Son xəbərlər

Orphus sistemi