Heydər Əliyev prospektində avtomobil dirəyə çırpılıb, 2 nəfər yaralanıb - FOTO - VİDEO - YENİLƏNİB

Heydər Əliyev prospektində avtomobil dirəyə çırpılıb, 2 nəfər yaralanıb - FOTO - VİDEO - YENİLƏNİB Hadisə avtomobil Bakıxanov qəsəbəsinə dönən yolda baş verib
Hadisə
140
29 Dekabr , 2017 10:17
Heydər Əliyev prospektində avtomobil dirəyə çırpılıb, 2 nəfər yaralanıb - FOTO - VİDEO - YENİLƏNİB
@Report

Video əlavə olunub


*** 01:42 

Bakı. 29 dekabr. REPORT.AZ/ Bakının Sabunçu rayonu ərazisində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report” xəbər verir ki, Heydər Əliyev prospekti ilə hərəkətdə olan və Eyvazzadə Türk Elmar oğlunun idarə etdiyi "Lada Priora" markalı avtomobil Bakıxanov qəsəbəsinə dönən yolda arakəsməyə çırpılıb.

Nəticədə avtomobildə olan sərnişin əl nahiyəsindən sınıq xəsarətləri alıb. Sürücüyə yerində tibbi yardım göstərilib.

Əraziyə yol polisiəməkdaşları cəlb edilib. Sürücü Sərxoşluğun Yoxlanılması Mərkəzinə aparılıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi