Həyat yoldaşını qısqanclıq zəminində qətlə yetirən Tufan Qurbanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
"Report"un xəbərinə görə, cinayət işi baxılması üçün Bakı
Qeyd edək ki, hadisə bu ilin fevral ayında paytaxtın Binəqədi rayonunda baş verib. Rayon sakini, 1970-ci il təvəllüdlü Tufan Baba oğlu Qurbanov qısqanclıq zəminində həyat yoldaşı, 1979-cu il təvəllüdlüı Lalə Həsən qızı Qurbanovanı çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirib.
T.Qurbanova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.