Həyat yoldaşını öldürən qadın 12 il müddətinə azadlıqdan məhrum edilib

Həyat yoldaşını öldürən qadın 12 il müddətinə azadlıqdan məhrum edilib Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ərini öldürməkdə təqsirləndirilən Vəfa Orucovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hadisə
4 İyun , 2019 17:58
Həyat yoldaşını öldürən qadın 12 il müddətinə azadlıqdan məhrum edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ərini öldürməkdə təqsirləndirilən Vəfa Orucovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, V.Orucova 12 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, dövlət ittihamçısı çıxışında onun 16 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Xatırladaq ki, hadisə ötən il noyabrın 24-də baş verib. Bakı şəhər sakini Rövşən Musayev paytaxtın Nərimanov rayonu ərazisindəki evindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən V.Orucova saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adamöldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi