Həyat yoldaşını bıçaqlamaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Həyat yoldaşını bıçaqlamaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşına bıçaqla xəsarət yetirməkdə təqsirləndirilən Vüqar Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Hadisə
16 İyul , 2019 12:29
Həyat yoldaşını bıçaqlamaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşına bıçaqla xəsarət yetirməkdə təqsirləndirilən Vüqar Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

"Report"un xəbərinə görə, hakim Mahmud Ağalarovun sədrlik etdiyi hazırlıq iclasında anket məlumatları dəqiqləşdirilib. 

Cinayət işi üzrə baxış iclası iyulun 23-ə təyin edilib.

Qeyd edək ki, hadisə ötən il aprelin 10-da baş verib. Ələkbərov Vüqar Əliheydər oğlu 25 yaşlı həyat yoldaşı Ələsgərova Şəbnəm Elman qızına iki bıçaq xəsarəti yetirib. Qadın boyun və sinə nayihəsinin deşilmiş yaraları ilə ağır vəziyyətdə 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb.

Xətai rayonunun 36 saylı Polis Bölməsinin əməkdaşları V.Ələkbərovu saxlayıb. Cinayətin qısqanclıq zəminində törədildiyi ehtimal edilir.

V. Ələkbərov Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham edilir.

Son xəbərlər

Orphus sistemi