Bakı
“Report”un məlumatına görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Baxış iclası iyunun 7-nə təyin edilib.
Qeyd edək ki, hadisə paytaxtın Nəsimi rayonu, 381-ci məhəllə, R.Behbudov küçəsi, ev 65, mənzil 51-də baş verib. Həmin ünvanda yaşayan Taxveli Ramiz Pərviz oğlu həyat yoldaşı, 1988-ci il təvəllüdlü Taxveli Adelya Azər qızını yaşadığı binanın 5-ci mərtəbəsindən atıb. Nəticədə qadın aldığı xəsarətdən hadisə yerində keçinib.
Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törədən R.Taxveli saxlanılıb. Məlum olub ki, R.Taxvelidə narkotik qəbulu nəticəsində psixi pozğunluq yaranıb.
İstintaq orqanı tərəfindən R.Taxveliyə qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələr əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) ittihamı irəli sürülüb.
Ramiz Taxveli “Buta Palace”ın art-direktoru vəzifəsində işləyib. Qətlə yetirilən Taxveli Adelya isə "Atəşgah Sığorta" şirkətində baş mütəxəssis vəzifəsində çalışıb.