​Hətəmpaşanın ölüm işi ilə bağlı yeni detal açıqlanıb

​Hətəmpaşanın ölüm işi ilə bağlı yeni detal açıqlanıb Qətli törədən şəxs onunla sevgili olmayıb
Hadisə
20 Yanvar , 2016 15:17
​Hətəmpaşanın ölüm işi ilə bağlı yeni detal açıqlanıb

Bakı. 20 yanvar. REPORT.AZ/ Bakıda qətl törətməkdə təqsirləndirilən Şahlar Əliyevin öldürdüyü şəxslə sevgili olması barədə mətbuatda yazılanlar yalandır. “Report”un əldə etdiyi məlumata görə, bəzi saytlar Ş.Əliyevin istintaqa ilkin ifadəsi ilə bağlı səhv məlumatlar yayıb.

Belə ki, bəzi saytlarda yazılanlara əsasən, guya Ş.Əliyev istintaqa ilkin ifadəsində Ayla Dəmirova ilə sevgili olduğunu bildirib. Əslində, Ş.Əliyev heç bir ifadəsində “sevgili” sözü deməyib.

Qeyd edək ki, hadisə 2015-ci ildə Bakının Səbail rayonu, Axundov bağının yaxınlığındakı mənzildə - Səid Rüstəmov,26 ünvanında baş verib. 1988-ci il təvəllüdlü Dəmirova Ayla Altay qızı evində qətlə yetirilib. Hadisə zamanı daha iki nəfər də xəsarət alıb. Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı 1995-ci il təvəllüdlü Əliyev Şahlar Həmid oğlu tutularaq istintaqa təqdim edilib. Ş.Əliyev Cinayət Məcəlləsinin 29.120-ci (qəsdən adam öldürməyə cəhd), 120.2-ci (qəsdən adam öldürmə) və 181.2.3-ci (quldurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə) maddələri ilə ittiham olunur.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Ş.Əliyev bunları deyib: “Ayla ilə tanış olduqdan sonra onunla görüşməyə getdim. Görüşə görə ona pul verəcəkdim. O, görüş zamanı mənə dedi ki, “qadın deyiləm, kişiyəm”. Mən onunla razılaşmadım və evdən çıxmaq istədim. Ayla mənə “vaxtımı aparmısan pulumu ver” dedi. Evdə ondan başqa şəxslər də var idi. Dava düşdü, stolu və stulları mənim üzərimə atdılar. Mən də bu cinayəti törətdim”.

Xatırladaq ki, qətlə yetirilən A.Dəmirova hadisədən əvvəl mətbuatın gündəminə avtomobil qəzası törətməsi ilə gəlib. Həmin vaxt məlum olmuşdu ki, o, əvvəllər Dəmirov Hətəmpaşa Altay oğlu olub, lakin sonradan cinsini və şəxsiyyət vəsiqəsində adını dəyişdirib.

Son xəbərlər

Orphus sistemi