Yuxarı

​Cinsini dəyişdirən Hətəmpaşa qətlə yetirilib - FOTO

Faktla bağlı cinayət işi başlanılıb

Bakı. 23 iyun. REPORT.AZ/ Bakının Səbail rayonu, Axundov bağının yaxınlığındakı mənzildə - Səid Rüstəmov 26 ünvanında kütləvi dava olub. “Report”un xəbərinə görə, hadisə nəticəsində Şabran şəhər sakini, 1988-ci il təvəllüdlü Dəmirova Ayla Altay qızı bıçaqla qətlə yetirlib. İlkin ehtimala görə, onu birlikdə yaşadığı keçmiş sevgilisi öldürüb.

Dava zamanı hadisə yerində olan digər iki nəfər yüngül yaralanıb.

Faktla bağlı Səbail rayon Prokurorluğunda cinayət işi başlanılıb. Cinayəti törədən şəxsin şəxsiyyəti araşdırılır. Onun tutulması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir

Qeyd edək ki, qətlə yetirilən Ayla Dəmirova keçən ay mətbuatın gündəminə avtomobil qəzası törətməsi ilə gəlib. Həmin vaxt məlum olmuşdu ki, o, əvvəllər Dəmirov Hətəmpaşa Altay oğlu olub, lakin sonradan cinsini və şəxsiyyət vəsiqəsində adını dəyişdirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi