Bakı. 18 sentyabr. REPORT.AZ Həştərxanda 2 Azərbaycan vətəndaşı yol qəzasında xəsarət alıb.
"Report"un Rusiya KİV-inə istinadən verdiyi məlumata görə, qəza "Lada" minik avtomobili ilə mikroavtobusun toqquşması nəticəsində baş verib.
Nəticədə sürücü və bir sərnişin (hər ikisi də Azərbaycan vətəndaşıdır) müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.