Bakı. 6 avqust. REPORT.AZ/ Rusiyada federal axtarışda olan Azərbaycan vətəndaşı Həştərxan sərhədçiləri tərəfindən "Karauzek" nəzarət-keçid məntəqəsində saxlanılıb.
"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, saxlanılan şəxs Qazaxıstana keçmək istəyib.
O, Xantı-Mansiysk Müxtar Vilayətində oğurluq etdiyi üçün axtarışa verilib.