Həsənsu çayının üzərindəki 3 körpü uçdu - FOTO

Həsənsu çayının üzərindəki 3 körpü uçdu - FOTO Son günlər intensiv yağan yağışlar nəticəsində Ağstafa rayonunda ikisi Yuxarı Göycəli və biri Tatlı kəndlərinin ərazilərində olmaqla, Həsənsu çayının üzərində yerləşən ümumilikdə 3 körpünün uçması (qəzalı vəziyyətə düşməsi) barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat daxil olub.
Hadisə
11 May , 2020 19:49
Həsənsu çayının üzərindəki 3 körpü uçdu - FOTO

Son günlər intensiv yağan yağışlar nəticəsində Ağstafa rayonunda ikisi Yuxarı Göycəli və biri Tatlı kəndlərinin ərazilərində olmaqla, Həsənsu çayının üzərində yerləşən ümumilikdə 3 körpünün uçması (qəzalı vəziyyətə düşməsi) barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat daxil olub.

FHN-dən “Report”a verilən məlumata görə, əraziyə nazirliyin aidiyyəti nümayəndələri cəlb olunub, hadisə yerində müvafiq tədbirlər görülüb.

Müəyyən edilib ki, aramsız yağışlar nəticəsində uçmuş (qəzalı vəziyyətə düşmüş) körpülər kəndlərdə daxili gediş-gəliş vasitəsi kimi istifadə olunub.

Hazırda həmin kəndlərin rayon mərkəzi və ya digər yaşayış məntəqələri ilə gediş-gəlişində hər hansı problem yoxdur.

Məsələ ilə əlaqədar müvafiq məsləhətləşmələr aparılır.

Son xəbərlər

Orphus sistemi