Yuxarı
    Bağlamaq

    Həsən Ruhani Azərbaycan Prezidentinə məktub göndərib

    Dinlə

    Bakı. 14 iyun. REPORT.AZ/ İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

    "Report"un məlumatına görə, təbrik mətnində deyilir:  

    "Allahın salamı, rəhməti və bərəkətləri üzərinizə olsun!

    Böyük sevinclə Allah təalaya bəndəçilik və ilahi sınaq yolunda mükafat sayılan Fitr bayramı münasibətilə sizi və müsəlman Azərbaycan xalqını səmimiyyətlə təbrik edirəm.

    Büsbütün sevinc və mərhəmət olan bu bayram günü, həmçinin ilahi itaətkarlıqdan ibarət olan Ramazan ayında müsəlman ümmətinin öz ilkin saflığına qayıdışını arzulayır, insaniyyət yolunda kamillik zirvəsinə nail olduqlarını təmənni edirəm!

    Ümid edirəm ki, bu əziz bayramın ictimai ibrətlərindən nəticə alaraq, müsəlmanların qəddarlıq və radikallıqla mübarizə aparmasına, eləcə də, onların öz mənafelərini güdən və əhd-peymanları pozan hegemon qüdrətlərin qarşısında birləşməsinə, həmçinin bütün dünyada sülh və əmin-amanlığın hakim olmasına qadir ola bilərik.

    Allah təaladan sizə sağlamlıq və müvəffəqiyyət, müsəlman Azərbaycan xalqına isə izzət və səadət diləyirəm!"

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi