Hesablama Palatasında kollegiya iclası keçirilib

Hesablama Palatasında kollegiya iclası keçirilib Bu gün Hesablama Palatasında növbəti kollegiya iclası keçirilib.
Hadisə
4 iyun 2019 12:45
Hesablama Palatasında kollegiya iclası keçirilib

Bu gün Hesablama Palatasında növbəti kollegiya iclası keçirilib. 

"Report" quruma istinadən xəbər verir ki, iclasda aşağıdakı nəzarət tədbirləri üzrə auditor hesabatları müzakirə olunub:

- Qeyri-neft məhsullarının ixracı ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması vəziyyətinin və istifadə olunmasının qanunvericiliyə uyğunluğunun təhlilinə dair;

- Dövlət büdcəsindən beynəlxalq təşkilatlara üzvlük haqqı üçün ayrılan vəsaitlərin istifadəsinə dair.

Auditor hesabatları barədə müvafiq qərarlar qəbul olunub, qərarların icrası üçün aidiyyəti qurumlara onların göndərilməsinə, Milli Məclisə müvafiq məlumatın təqdim olunması qərara verilib. 

İclasda həmçinin İş Planı ilə nəzərdə tutulmuş kənar dövlət maliyyə nəzarəti tədbiri ilə bağlı proqram müzakirə olunaraq təsdiq edilib.

Son xəbərlər

Orphus sistemi