Heroin qəbul edərək ölümlə nəticələnən yol qəzası törədən sürücüyə hökm oxunub

Heroin qəbul edərək ölümlə nəticələnən yol qəzası törədən sürücüyə hökm oxunub Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən qəza törətməkdə ittiham edilən Pərviz Quliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hadisə
8 İyul , 2019 15:28
Heroin qəbul edərək ölümlə nəticələnən yol qəzası törədən sürücüyə hökm oxunub
google.az

Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən qəza törətməkdə ittiham edilən Pərviz Quliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

"Report"un xəbərinə görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən məhkəmə iclasında son sözlə çıxış edən Pərviz Quliyev əməlindən peşman olduğunu deyib. O, azyaşlı uşaqlarının olmasının, xəstəliyinin nəzərə alınaraq yüngül cəza verilməsini istəyib.

Məhkəmənin hökmü ilə Pərviz Quliyev 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmənin hökmündə göstərilir ki, Pərviz Quliyev qəzanı törədən zaman narkotik vasitənin təsiri altında olub. O, işə çıxmadan əvvəl heroin qəbul edib.

Məhkəmə hökmü elan edərkən mərhumun oğlunun 25 min manatlıq mülki iddiasını təmin etməyib və mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyə edilib.

Qeyd edək ki, hadisə ötən il sentyabrın 15-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində baş verib. Bakı şəhər sakini Pərviz Quliyev idarə etdiyi “Daewoo” markalı, 185 saylı xətt avtobusu ilə yolu keçən Bakı şəhər sakini Miqdat Kuxmazovu vurub. Xəstəxanaya yerləşdirilən piyada sentyabrın 22-də orada ölüb.

Son xəbərlər

Orphus sistemi