Hərbi xidmətdən yeni qayıdan Cəlilabad sakinini cərəyan vuraraq öldürüb - FOTO - YENİLƏNİB

Hərbi xidmətdən yeni qayıdan Cəlilabad sakinini cərəyan vuraraq öldürüb - FOTO - YENİLƏNİB Cəlilabad rayonunda bədbəxt hadisə zamanı ölən gəncin şəxsiyyəti məlum olub.
Hadisə
334
27 İyul , 2019 20:06
Hərbi xidmətdən yeni qayıdan Cəlilabad sakinini cərəyan vuraraq öldürüb - FOTO - YENİLƏNİB

Cəlilabad rayonunda bədbəxt hadisə zamanı ölən gəncin şəxsiyyəti məlum olub. 

"Report"un Muğan bürosunun məlumatına görə, 1998-ci il təvəllüdlü yerli sakin Məmmədov Mürtəza Həsən oğlunu rayon ərazisində yerləşən ticarət mərkəzilərindən birində elektrik cərayanı vuraraq öldürüb.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə təhvil verilib.

Qeyd edək ki, mərhum hərbi xidmətdən yenicə qayıdıb.

Faktla bağlı araşdırma aparılır.


*** 18:23

Cəlilabad rayonunda hərbi xidmətdən yenicə qayıdan gənc oğlanı elektrik cərəyanı vuraraq öldürüb.

"Report"un yerli bürosu xəbər verir ki, hələlik şəxsiyyəti məlum olmayan gənci ticarət mərkəzində elektrik cərəyanı vuraraq öldürüb. 

Hadisə yerinə hüquq-mühafizə orqanalrının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub.

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi