Hərbi prokurorun əlavə müavini vəzifəsi təsis edilib

Hərbi prokurorun əlavə müavini vəzifəsi təsis edilib Hərbi prokurorun əlavə müavini vəzifəsi təsis edilib.
Hadisə
821
8 İyul , 2020 15:43
Hərbi prokurorun əlavə müavini vəzifəsi təsis edilib
Baş Prokurorluq / Report

Hərbi prokurorun əlavə müavini vəzifəsi təsis edilib.

Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, bəzi idarələr və şöbələr ləğv edilərək onların bazasında Kriminalistika və informasiya texnologiyaları, Hərbi təsisatlarda təhqiqata nəzarət və cinayət təqibindən kənar icraatlar idarələri, Təşkilat və icraya nəzarət, Hüquqi təminat və insan hüquqları məsələləri, Hərbi təsisatlarda qanun pozuntuları barədə məlumatların araşdırılması, Sənədlərlə və müraciətlərlə işin təşkili şöbələri yaradılıb.

Baş prokuror Kamran Əliyevin imzaladığı əmrlə Fuad Məmmədova Azərbaycan Respublikası Hərbi prokurorunun müavini vəzifəsi həvalə edilib.

Son xəbərlər

Orphus sistemi