Bakı. 25 yanvar. REPORT.AZ/ Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda geniş kollegiya iclası keçirilib.
"Report"un məlumatına görə, kollegiya iclasında çıxış edən Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib ki, ötən il Silahlı Qüvvələrdə cinayətkarlığa və digər hüquq pozuntularına qarşı mübarizə, qanunçuluq və hüquq qaydalarının möhkəmləndirilməsi istiqamətində görülən işlər də səmərəli olub, o cümlədən ibtidai istintaqın keyfiyyəti də artırılıb.
Onun sözlərinə görə, cinayət hadisələrinin sayının azalmasında
Qeyd olunub ki, hesabat dövründə prokurorluqda vətəndaşların müraciətlərinə baxılması işinin səmərəliliyinin artırılması üzrə ardıcıl və sistemli tədbirlərin görülməsi də təmin edilib, vətəndaşların müraciət etmək imkanlarının genişləndirilməsi və asanlaşdırılması, buna əvvəlkindən daha az vaxt sərf olunması, daxil olmuş müraciətlərə daha diqqətlə yanaşılaraq qaldırılan məsələlərin həlli istiqamətində təxirəsalınmaz tədbirlər görülüb. 2018-ci ildə hərbi prokurorluq orqanlarında vətəndaşların 2185 müraciətinə baxılıb və 1015 vətəndaş mərkəzi aparatda qəbulda olub.
Bildirilib ki, hesabat dövründə dövlət ittihamının müdafiəsi şöbəsi tərəfindən birinci instansiya hərbi məhkəmələrinin hökm və qərarlarından verilmiş protestlərin 45%-i təmin olunub, o cümlədən 2 şəxs barəsində əsassız olaraq çıxarılmış iki bəraət hökmündən verilmiş apellyasiya protestləri də təmin edilərək ittiham hökmləri çıxarılıb.
Kollegiya iclasında hərbi prokurorun müavinləri, ədliyyə general-mayoru Şəfahət İmranov və ədliyyə general-mayoru Rasim Kazımov, Naxçıvan MR hərbi prokuroru, ədliyyə general-mayoru Yaşar Həsənov, Silahlı Qüvvələrdə qanun pozuntuları barədə məlumatların araşdırılması şöbəsinin rəisi, ədliyyə pollkovniki Toğrul Hüseynov, Bakı hərbi prokuroru, ədliyyə pollkovniki İmran Əhmədov, Sumqayıt hərbi prokuroru, ədliyyə pollkovniki Zöhrab Kazımov və Qarabağ hərbi prokuroru, ədliyyə polkovniki Fərid Şükürov çıxış edərək hesabat dövründə görülmüş işlərdən danışıb, nöqsanların aradan qaldırılması, qanunçuluğun möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, cinayətkarlığa qarşı səmərəli mübarizənin təmin olunması ilə əlaqədar hərbi prokurorluq orqanlarının qarşısında duran vəzifələrin yerinə yetirilməsi üçün görüləcək tədbirlər barədə ətraflı məlumat veriblər.
Sonda hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev kollegiya iclasına yekun vuraraq vurğulayıb ki, Hərbi Prokurorluq orqanları Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan
Hafiz Heydərov
