Hərbi Prokurorluğun güllələnmiş şöbə müdiri barəsində xidməti yoxlama aparılır

Hərbi Prokurorluğun güllələnmiş şöbə müdiri barəsində xidməti yoxlama aparılır Fakta görə Cinayət Məcəlləsinin 131.1-ci maddəsi ilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin edilib
Hadisə
28 Yanvar , 2015 16:55
Hərbi Prokurorluğun güllələnmiş şöbə müdiri barəsində xidməti yoxlama aparılır

Bakı. 28 yanvar. REPORT.AZ/ Respublika Hərbi Prokurorluğunun şöbə prokuroru Rəhman Əhmədovun güllələnməsi ilə bağlı KİV-də yayılan məlumatlara aydınlıq gətirilib. 

Baş Prokurorluqdan “Report”a daxil olan məlumata görə, yanvarın 25-də Respublika Hərbi Prokurorluğunun şöbə prokuroru Əhmədov Rəhman Bayram oğlunun odlu silah xəsarətləri ilə xəstəxanaya müraciət etməsi ilə bağlı aparılmış ilkin araşdırmalarla müəyyən edilib ki, yanvarın 24-də saat 21 radələrində R.Əhmədov ov etmək məqsədilə dostları ilə birlikdə Qobustan rayonunun Xilmilli kəndi yaxınlığındakı fermaya gedib, orada dostu Murtuzov İdris Xanbala oğlunun ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılmış atəş zamanı bədən xəsarətləri alıb.

Fakta görə Cinayət Məcəlləsinin 131.1-ci (ehtiyatsızlıqdan sağlamlığa az ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin edilib.

Hazırda iş üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq tədbirləri davam etdirilir, eyni zamanda R.Əhmədov barəsində Respublika Hərbi Prokurorluğunda xidməti yoxlama aparılır.

Son xəbərlər

Orphus sistemi