Həmyerlisini öldürən Xaçmaz sakini kassasiya şikayəti verib

Həmyerlisini öldürən Xaçmaz sakini kassasiya şikayəti verib Xaçmazda qətl törətməkdə təqsirləndirilən Məlik Ağayev barəsindəki hökmdən kassasiya şikayəti verib.
Hadisə
1 İyul , 2019 14:49
Həmyerlisini öldürən Xaçmaz sakini kassasiya şikayəti verib

Xaçmazda qətl törətməkdə təqsirləndirilən Məlik Ağayev barəsindəki hökmdən kassasiya şikayəti verib.

"Report" xəbər verir ki, işə Ali Məhkəmənin hakimi Fərhad Kərimovun sədrliyi ilə baxılacaq. 

Baxış iclasının vaxtı hələlik məlum deyil.  

Qeyd edək ki, hadisə ötən il avqustun 19-da Xaçmaz rayonunun Qusarçay kəndində baş verib. Həmin ərazidə olan kafedə Tikanoba kənd sakini M.Ağayev münaqişə zəminində Sibiroba kənd sakini Tural Dadaşovu bıçaqla qətlə yetirib.

M.Ağayev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinib. Hökmdən verilmiş apelyasiya şikayəti təmin edilməyib.

Son xəbərlər

Orphus sistemi