Bakıda çay evində həmyerlisini öldürən şəxsin kassasiya şikayəti təmin edilməyib

Bakıda çay evində həmyerlisini öldürən şəxsin kassasiya şikayəti təmin edilməyib Bakı. 27 dekabr. REPORT.AZ/ Ali Məhkəmədə Bakıda çay evində qətl törətməkdə təqsirləndirilən Vüqar Şirinovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
27 Dekabr , 2018 11:13
Bakıda çay evində həmyerlisini öldürən şəxsin kassasiya şikayəti təmin edilməyib
Report

Bakı. 27 dekabr. REPORT.AZ/ Ali Məhkəmədə Bakıda çay evində qətl törətməkdə təqsirləndirilən Vüqar Şirinovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

“Report”un xəbərinə görə, hakim Əli Seyfəliyevun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, V.Şirinovunun kassasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, qətl hadisəsi 2017-ci il martın 6-da axşam saatlarında Nəsimi rayonunun 4-cü mikrorayon ərazisində fəaliyyət göstərən “Odlar Yurdu” adlı çay evində baş verib. Çay evinin sahibi, Ağsu rayon sakini Murad Aqil oğlu Qubadov borc verdiyi V.Şirinov tərəfindən güllələnərək qəətlə yetirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Şirinov 19 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi onun apellyasiya şikayəti təmin etməyib. Daha sonra V.Şirinov kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

Son xəbərlər

Orphus sistemi