Həmyerlisini bıçaqlayan şəxsin cəzası azaldılıb

Həmyerlisini bıçaqlayan şəxsin cəzası azaldılıb Bakı. 30 yanvar. REPORT.AZ/ Şirvan Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Mamed Əliyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
30 Yanvar , 2019 17:27
Həmyerlisini bıçaqlayan şəxsin cəzası azaldılıb

Bakı. 30 yanvar. REPORT.AZ/ Şirvan Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Mamed Əliyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

“Report”un xəbərinə görə, hakim Etibar Camalovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, M.Əliyevin apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib.

Belə ki, onun 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 3 ilə endirilib.

Qeyd edək ki, hadisə 2018-ci il martın 21-də - Novruz Bayramı günü Ağcabədi rayon, Taxta körpü qəsəbəsi, H.Əliyev prospektində baş verib. Həmin ərazidə M.Əliyev sərxoş vəziyyətdə öz mobil telefonu ilə yüksək səslə danışarkən həmyerlisi Cahil Əlvəndov ona irad bildirib. Daha sonra hər iki şəxs arasında mübahisə düşüb. Bu zaman C.Əlvəndov M.Əliyevin sifət nahiyyəsinə yumruq zərbəsi vurub. M.Əliyev isə üzərində gəzdirdiyi bıçaqla ona bir zərbə endirib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Əliyev 3 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi