Həmyerlisini bıçaqlayan Quba sakininə 3 il həbs cəzası verilib

Həmyerlisini bıçaqlayan Quba sakininə 3 il həbs cəzası verilib Kamran Baxışovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb
Hadisə
18 Oktyabr , 2016 15:15
Həmyerlisini bıçaqlayan Quba sakininə 3 il həbs cəzası verilib

Bakı. 18 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Kamran Baxışovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkənənin hökmü K.Baxışov 3 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə Qubanın Rustov kəndində baş verib. Həmin kəndin 21 yaşlı sakini Kamran Baxışov 26 yaşlı Mikayıl Musayevi bıçaqlayıb. Bud nahiyəsindən xəsarət alan M.Musayev Quba Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə çatdırılıb.

K.Baxışov Quba Polis Şöbəsinin (PŞ) əməkdaşları tərəfindən saxlanılıb.

Son xəbərlər

Orphus sistemi