Həmyerlisinə xəsarət yetirən 15 yaşlı yeniyetmənin məhkəməsi başlayır

Həmyerlisinə xəsarət yetirən 15 yaşlı yeniyetmənin məhkəməsi başlayır Göyçay rayonunda qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə təqsirləndirilən 15 yaşlı Sabir İsmayıllının cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
20 Noyabr , 2019 10:23
Həmyerlisinə xəsarət yetirən 15 yaşlı yeniyetmənin məhkəməsi başlayır

Göyçay rayonunda qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə təqsirləndirilən 15 yaşlı Sabir İsmayıllının cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report" xəbər verir ki, cinayət işi baxılması üçün Şəki Ağır Cinayərlər Məhkəməsinə göndərilib.

Hakim Rəşid Hüseynovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə bu il avqustun 26-da Göyçay şəhəri, Nizami küçəsi 83 nömrəli evin qarşısında qeydə alınıb.

Rayon sakini, 2004-cü il təvəllüdlü İsmayıllı Sabir Vüqar oğlu bıçaqla həmyerlisi, 2003-cü il təvəllüdlü Şamilov Nihat Sərdar oğluna ağır bədən xəsarətləri yetirib.

Hadisə yerindən qaçan Sabir İsmayıllı polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq məsuliyyətə cəlb edilib.

Ona Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır cəsarət yetirmə) maddəsi ilə ittiham verilib.

İlkin məlumatda insidentin qısqanclıq zəminində yarandığı bildirilir. 

Son xəbərlər

Orphus sistemi