Həmkəndlisini öldürən şəxsin şikayəti əsasında məhkəmə başlayıb

Həmkəndlisini öldürən şəxsin şikayəti əsasında məhkəmə başlayıb Məhkəmənin növbəti iclası iyulun 12-nə təyin edilib
Hadisə
24 İyun , 2017 15:37
Həmkəndlisini öldürən şəxsin şikayəti əsasında məhkəmə başlayıb

Bakı. 24 iyun. REPORT.AZ/ Sumqayıt Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Gündüz Məhərrəmovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirlən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası iyulun 12-nə təyin edilib.

Qeyd edək ki, qətl hadisəsi Xaçmaz rayonunun Arzu kəndində baş verib. 1972-ci il təvəllüdlü İlqar Novruzov həmkəndlisi G.Məhərrəmov tərəfindən bıçaqlanaraq öldürülüb. Qətlə səbəb tərəflər arasında yaranan mübahisə olub.

G.Məhərrəmov Cinayət Məcəlləsinin 120.2.2-ci (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G.Məhhərəmov 16 il müddətinə azadlıqdan məhrum edilib. Hökmündən narazı qalan məhkum apellyasiya şikayəti verib. 

Son xəbərlər

Orphus sistemi