Samuxda həmkəndlisini öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib

Samuxda həmkəndlisini öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib Martın 1-də saat 13 radələrində Samux rayonu, Sərkar kənd sakini 1991-ci il təvəllüdlü Məmmədov Elşən Rövşən oğlunun öldürülməsi faktı ilə bağlı Samux Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaq
Hadisə
365
1 Sentyabr , 2021 15:17
Samuxda həmkəndlisini öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib

Martın 1-də saat 13 radələrində Samux rayonu, Sərkar kənd sakini 1991-ci il təvəllüdlü Məmmədov Elşən Rövşən oğlunun öldürülməsi faktı ilə bağlı Samux Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşdırılıb.

Samux Rayon Prokurorluğundan "Report"a verilən məlumata görə, istintaqla zərərçəkmişin həmkəndlisi 1991-ci il təvəllüdlü Həsənov Vüqar Adil oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Elşən Məmmədovu qəsdən öldürməsi müəyyən edilib.

Vüqar Həsənov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Son xəbərlər

Orphus sistemi