Həmkəndlisini güllələyən şəxs həbsdə ölüb

Həmkəndlisini güllələyən şəxs həbsdə ölüb Bakı. 31 oktyabr. REPORT.AZ/ Azərbaycanda məhkum xəstəlikdən ölüb.
Hadisə
31 Oktyabr , 2018 11:28
Həmkəndlisini güllələyən şəxs həbsdə ölüb
0 : 00
0 : 00

Bakı. 31 oktyabr. REPORT.AZ/ Azərbaycanda məhkum xəstəlikdən ölüb.

“Report”un məlumatına görə, hadisə Penitensiar Xidmətin Müalicə Müəssisəsində qeydə alınıb.

Orada saxlanılan 1973-cü il təvəllüdlü Zahir Fərman oğlu Əsgərov xəstəlikdən dünyasını dəyişib.

Qeyd edək ki, 2015-ci ildə Lənkəranın Girdəni kənd sakini, əvvəllər məhkum olunmuş, 1973-cü il təvəllüdlü Zahir Fərman oğlu Əsgərov aralarında yaranan şəxsi münasibətlər zəminində həmkəndlisi, 1975-ci il təvəllüdlü Müşfiq Məzahir oğlu Abdullayevə avtomatdan atəş açaraq onu öldürüb.

Hafiz Heydərov

Son xəbərlər

Orphus sistemi