Həftəsonu yol qəzalarında 7 nəfər ölüb, 7 nəfər xəsarət alıb

Həftəsonu yol qəzalarında 7 nəfər ölüb, 7 nəfər xəsarət alıb Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 7 nəfər ölüb, 7 nəfər isə xəsarət alıb.
Hadisə
14 avqust 2023 06:06
Həftəsonu yol qəzalarında 7 nəfər ölüb, 7 nəfər xəsarət alıb

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən "Report"a bildirilib ki, avqustun 12-13-də respublikanın avtomobil yollarında ölümlə nəticələnən 6 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Nəticədə 7 nəfər ölüb, 7 nəfər isə xəsarət alıb.

Son xəbərlər

Orphus sistemi